IQNA

Ayətullah Xəlxali sabah dəfn ediləcək

21:48 - December 22, 2019
Xəbər sayı: 3486345
İran İslam Respublikasının Məşhəd şəhərinin Ali Dini Elmi Hövzəsinin “fiqh” və “üsul” ustadı Ayətullah Seyid Məhəmməd Mehdi Musəvi Xəlxali ötən gecə, 95 yaşında ikən vəfat edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Məşhəd şəhərinin Ali Dini Elmi Hövzəsinin “fiqh” və “üsul” ustadı Ayətullah Seyid Məhəmməd Mehdi Musəvi Xəlxali ötən gecə, 95 yaşında ikən vəfat edib.

Məşhəd şəhərinin məşhur rəbbani alimi sabah, 23 Dekabr 2019-cu il, dəfn İmam Rzanın (ə) müqəddəs hərəmində dəfn ediləcək.

Məşhəd şəhərinin Ali Dini Elmi Hövzəsinin “fiqh” və “üsul” ustadı Ayətullah Seyid Məhəmməd Mehdi Musəvi Xəlxali mərhum Ayətullah Üzma Xoinin tanınmış tələbələrindən biri idi.

O, ustadının fiqh və üsul dərslərini yazmış və təlif etmişdir.

O, “Fiqhuş-Şiə” və “İslamda hakimiyyət” kitabları kimi möhtəşəm əsərlərin müəllifidir.  

Ayətullah Xəlxali 1320-ci hicri-qəməri ilində Nəcəf hövzəsinə daxil olmuş və Ayətullah Həkim, Ayətullah Şeyx Hüseyn Hilli və Ayətullah Şeyx Sədra Badkubeyi kimi ustadlardan dərs almışdır.

O, hövzənin tanınmış simaları Ayətullah Sistani, Ayətullah Vəhid Xorasani, Mirza Əli Fəlsəfi, Mirza Cavad Təbrizi, Şəhid Sədr, Seyid Əli Şahrudi, İshaq Fəyyaz və Məhəmmədtəqi Cəvahirinin ilə tələbə yoldaşıdır.   

https://khorasan.iqna.ir/fa/news/3865864/

Teqlər: iqna ، hövzə ، ayətullah ، vəfat ، məşhəd
captcha