IQNA

Anti-sionist keşişin terroru planı uğursuz oldu

21:59 - December 23, 2019
Xəbər sayı: 3486353
Qüds şəhərinin Rum Ortodoks Kilsəsinin baş yepiskopu Ətaullah Hənnanın evinin ətrafına zəhərli maddələr səpilməsi nəticəsində zəhərlənib və xəstəxanaya götürülüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist yəhudi rejimi İsrailin casusları anti-sionist çıxışları ilə tanınan keşiş Ətaullah Hənnanı terror etmək istəyiblər.

Qüds şəhərinin Rum Ortodoks Kilsəsinin baş yepiskopu Ətaullah Hənnanın evinin ətrafına zəhərli maddələr səpilməsi nəticəsində zəhərlənib və xəstəxanaya götürülüb.

Bu barədə Fələstinin Siyasi Məsələlər İcmalçısı Əlif Səbbağ “əl-məyadin” ilə müsahibəsində məlumat verib.

O deyib: Ətaullah Hənnanın sionistlər tərəfindən terror edilmsi cəhdi barədə şübhələr mövcuddur. Onun evinin ətrafına tökülən zəhərli maddələrin istifadəsi beynəlxalq qanunlara görə qadağandır. Bu zəhərli maddələrin iyi insanın əsəb sistemini sıradan çıxardır. Buna görə də keşiş təbii şəkildə yerindən qalxa və yeriyə bilməyib.

Məlumata əsasən xəstəxanadan tərxis edilən keşişin halı evə döndükdən sonra da yaxşı olmayıb. O, Fələstini müdafiə etdiyi üçün hücuma məruz qaldığını və müalicə üçün İordaniyaya gedəcəyini bildirib.    

https://iqna.ir/fa/news/3865981

captcha