IQNA

Əqsa məscidində 4 fələstinli qadın həbs edildi

23:19 - December 23, 2019
Xəbər sayı: 3486354
Sionist rejimin hərbiçiləri və polis qüvvələri Əqsa məscidində hücuma müqavimət göstərən 4 fələstinli xanımı Babur-Rəhmət qapısında həbs edərək Qüdsdə sionist polis mərkəzinə aparıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün (23 Dekabr 2019) işğalçı sionist rejimin polisi və yüzlərlə yəhudi qəsəbə sakinləri Əqsa məscidində namaz qılan Fələstinlilərə hücum ediblər.

Vəhşi sionist yəhudilər məscidin mühafizəçilərini və namazqılanlara vəhşicəsinə döyüblər.

Sionist rejimin hərbiçiləri və polis qüvvələri Əqsa məscidində hücuma müqavimət göstərən 4 fələstinli xanımı Babur-Rəhmət qapısında həbs edərək Qüdsdə sionist polis mərkəzinə aparıblar.

Bundan sonra isə yüzlərlə qəsəbə sakini polisin və təhlükəsizlik qüvvələrinin müşayəti ilə Əqsa məscidinin həyətində müsəlmanları təhrik edən rəftarlarla Təlmud mərasimi keçiriblər.

https://iqna.ir/fa/news/3866132

captcha