IQNA

Misrdə Quran hifzi müəllimlərinin yetişdirilməsi mərkəzləri təsis edildi

8:10 - December 28, 2019
Xəbər sayı: 3486378
Misrin İslami Fondlar Nazirliyinin təşəbbüsü ilə cari ildə 370 Quran mədrəsəsi istifadəyə verilib. Bu mədrəsələrdən 18-də xanımlar İslam maarifini və həmçinin Quran hifzi müəllimliyini öyrənirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  2019-cu ildə Misrdə Qurani-Kərimin hifzini öyrədən müəllim və məşqçiləri yetişdirən 69 Quran Mərkəzi təsis edilib.

Bundan əlavə Misrin İslami Fondlar Nazirliyinin təşəbbüsü ilə cari ildə 370 Quran mədrəsəsi istifadəyə verilib. Bu mədrəsələrdən 18-də xanımlar Quran və İslam maarifini və həmçinin Quran hifzi müəllimliyini öyrənirlər.

Bu barədə Misrin İslami Fondlar Nazirliyinin 2019-cu ildə Quran fəaliyyətləri barədə hesabatında məlumat verilib.

Hesabatda deyilir ki, 2019-cu ildə 69 Quran hifzi məşqçisi öyrədən mərkəz, 127 elmi mədrəsə, 4 İslam Mədəniyyəti Mərkəzi, ümumi savadsızlıqla mübarizə üçün məscidlərin nəzdində 1851 sinif otağı və 370 Quran mədrəsəsi təsis edilib.

Bundan əlavə Ramazan ayında 12 min konfrans keçirilib, müxtəlif ölkələrə 55 qari və 42 mübəlliğ göndərilib. Həmçinin Misrdə ümumilikdə 16200 nəfərin iştirak etdiyi Quran yarışları təşkil edilib. Bu yarışlarda dünyanın 60 ölkəsindən 66 nəfər iştirak edib.   

https://iqna.ir/fa/news/3866841

captcha