IQNA

Ərəbistanın iki casusluq PUA-sı məhv edildi

23:27 - December 30, 2019
Xəbər sayı: 3486389
Bu gün, həftənin Bazar ertəsi günü, 30 Dekabr 2019-cu il, Səudiyyə Ərəbistanın təcavüzkar koalisiyasının iki casusluq PUA-sı (dron) Yəmənin Sədə və Hədidə əyalətlərində məhv edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Bazar ertəsi günü, 30 Dekabr 2019-cu il, Səudiyyə Ərəbistanın təcavüzkar koalisiyasının iki casusluq PUA-sı (dron) Yəməndə məhv edilib.

Ərəbistanın dronlarını Yəmənin Sədə və Hədidə şəhərlərində ƏNSARULLAH hərəkatının hava hücumu əleyhinə müdafiə qüvvələri vurublar.  

Yəmənin silahlı qüvvələri qərargahının sözçüsü bu barədə deyib: Səudiyyə Ərəbistanın “karyal” adlanan casusluq dronu ölkənin qərbində  yerləşən Hədidə əyalətinin “Süleyf” rayonu ərazisində casusluq məmuriyyətini yerinə yetirərkən məhv edilib. Digər bir casusluq dronu isə ölkənin şimalında yerləşən Sədə şəhərinin Razih rayonunda vurulub.  

https://iqna.ir/fa/news/3867793

Teqlər: yəmən ، sədə ، hədidə ، pua ، dron
captcha