IQNA

2019-cu ildə müsəlmanların başına gələn mühüm hadisələr

23:44 - December 31, 2019
Xəbər sayı: 3486393
Son gününü yaşadığımız 2019-cu il İslam dünyası və dünyanın müxtəlif yerlərində yaşayan müsəlman azlıqlar üçün acınacaqlı hadisələrlə yadda qaldı.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Son gününü yaşadığımız 2019-cu il İslam dünyası və dünyanın müxtəlif yerlərində yaşayan müsəlman azlıqlar üçün acınacaqlı hadisələrlə yadda qaldı.

Bunlardan Yeni Zelandiya məscidlərindəki qanlı terror, Hindistan dövlətinin müsəlmanlara qarşı ayrı-seçkiliyi, Kəşmirdə müsəlmanların dövlət tərəfindən incidilməsi, Çin dövlətinin müsəlman azlıqlara qarşı zorakılığı, dünyada İslamofobiyanın çoxalması, Səudiyyə Ərəbistanında skandal yaradan islahatlar, İŞİD-in başçısı Əbu Bəkr Bağdadinin öldürülməsi, Norveçdə Qurani-Kərimin aşağılanması və sair işarə etmək olar.

Bu hadisələrdən bəzilərini təfərrüatı ilə qeyd edirik:

1). Hindistan və Pakistanın Kəşmir üstə davam edən çəkişmə 2019-cu ilin Fevral ayının 14-də Hindistanın 40 təhlüksizlik qüvvəsinin ölümü ilə şiddətləndi. Hadisədən 12 sonra iki ölkə bir-birinə havadan hücum etdilər.

Beş ay öncə isə Hindistan Kəşmirin muxtariyyətini ləğv etdi. Müsəlmanların dini fəaliyyətlərini məhdudlaşdırdı. Bir çox siyasi və dini fəalları həbs etdi.

Oktaybar ayında Hindistanın Ali Məhkəməsi “Babri məscidi”nin malikiyyətini müsəlmanlardan alaraq “hindu”lara verdi.   

İlin son aylarında isə Hindistanda 200 milyon müsəlman azlığın hüquqları tapdalandı. Hindistanın baş naziri “hinduzim” ayinlərinə dayanan milliyyətçiliyi təbliğ etdi. Dekabr ayında müsəlman miqrantlara vətəndaşlıq verilməyəcəyi elan edildi.  

2). Çində müsəlmanlara qarşı zorakılıq davam edir. Sincanda uyğur müsəlmanların hüquqlarının tapdalanması beynəlxalq cəmiyyətlər tərəfindən məhkum edilir. Hazırda bir milyon müsəlman icbari düşərgələrdə saxlanılır.

3). 2019-cu ilin Mart ayında Yeni Zelandiyanın iki məscidində müsəlmanlara terror hücumu edildi. Hadisə zamanı 50 müsəlman şəhid edildi və 39 nəfə yaralandı.

4). 2019-cu ilin Aprel ayının 21-də Şri-Lankanın paytaxtında kilsəyə terror hücumi edildi. Bu hücumda 259 nəfər, o cümlədən 45 turist və üç polis işçisi öldü və 500 nəfər yaralandı. Terroru törədən 7 nəfər intiharçı “Milli Tövhid Camaatı” terror qruplaşmasının üzvü olub.

5). 2019-cu ildə Səudiyyə Ərəbistanı qərbə və israilə daha da yaxınlaşdı. Ərəbistanda dini polisin ixtiyarı məhdudlaşdırıldı. Yad mədəniyyətlərə uyğun əyləncə mərkəzləri açıldı. Həmçinin 21 yaşından yuxarı qadınlara qəyyumu olmadan xaricə səfər etmək icazəsi verildi.

6). 2019-cu ilin Oktyabr ayında Əbu Bəkr Bağdadinin öldürüldüyü xəbəri yayıldı. O, 1971-ci ildə Samerra şəhərinin yaxınlığında anadan olub. 2003-cü ildən Amerikalıların kampında əsir olduğu zaman radikal qruplara qoşuldu. 2010-ci ildə əl-Qaidənin də daxil olduğu bir qruplaşmaya rəhbərlik edirdi. 2014-cü ildə İraqda zahir olan İŞİD-in xəlifəsi elan edildi.  

https://iqna.ir/fa/news/3867579

Teqlər: iqna ، hindistan ، 2019 ، ilin icmalı
captcha