IQNA

Siz postları silin, biz İslam düşmənlərini siləcəyik

14:58 - January 06, 2020
Xəbər sayı: 3486435
İnstagram sosial şəbəkəsi Qüds ordusu qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymani barədə yazılmış postları və paylaşılmış fotoları kütləvi şəkildə silir və bəzi hesabları bağlayır.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “instagram” və “youtube” sosial şəbəkələri İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds ordusu qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymani barədə yazılmış postları, fotoları və videoları silir.

Söz və əqidə azadlığından dəm vuran Amerika və Avropa ölkələri İran xalqının öz şəhidini izzətlə anmasına dözə bilmirlər.

İnstagram sosial şəbəkəsi Qüds ordusu qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymani barədə yazılmış postları və paylaşılmış fotoları kütləvi şəkildə silir və bəzi hesabları bağlayır.  

Sosial şəbəkələr, məcazi dünya sizin, həqiqi dünya bizim. Sosial şəbəkələrdən fotoları və videoları silmək sizin, İslam və müqavimət düşmənlərini yer üzündən silmək bizim. Siz gəlin İran xiyabanlarını görün, bu rəşadətli xalqı görün! Siz onları və onların əqidələrini silmək gücündə deyilsiz!

Siz sosial şəbəkələrdən şəkil silə bilərsiz, amma Haci Qasim Süleymani bizim hər birimizin qəlbində yaşayır!  

https://iqna.ir/fa/news/3869560

حذف پست‌های ما با شما، حذف دشمنان اسلام و مقاومت با ما

 

حذف پست‌های ما با شما، حذف دشمنان اسلام و مقاومت با ما

captcha