IQNA

Atam bütün zalımların rahat yuxularını əllərindən almışdı

14:59 - January 06, 2020
Xəbər sayı: 3486436
Şəhid Süleymaninin qızı deyib: Atam bütün zalımlar, müstəbidlər və təkfirçilərin rahat yuxularını əllərindən almışdı və onun adı sionist rejimin, təkfirçilərin və hegemonçuları vücudlarına vəlvələ salır.

Atam bütün zalımların rahat yuxularını əllərindən almışdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bağdad hava limanında Amerika PUA ilə terror etdiyi SEPAH-ın Qüds qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymani, İraqın Həşduş-Şəəbi qüvvələrinin qərargah rəisinin müavini Əbu Mehdi Mühəndir və onların silahdaşlarının mübarək cənazələri ilə vida mərasimi Tehran universitetinin müsəllasında başlayıb.

Vida mərasimi yerli vaxtla səhər saat 8:00-da Quran tilavəyi ilə başlayıb. Sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin təsliyət mesajı qiraət edilib. Mərasim məsriyə və rövzəxanlıq ilə davam edib.

Mərasimin davamında SEPAH-ın Qüds qüvvələrinin komandiri General-Leytenant Şəhid Qasim Süleymaninin qızı xanım Zeynəb Süleymani atasının hədəfləri və ideologiyası barədə söhbət edib.

O deyib: Atam şəhidlik şövqü ilə İslam və insanlıq düşmənləri ilə döyüş meydanına atılmışdı. O, şücaətlə döyüşdü. O öz övladları üçün qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı üçün ən mehriban və məhəbbətli ər idi. Vilayət üçün fədakar əskər idi. Vilayətə tabe olmağı imanın ən mühüm şərti hesab edirdi.

Xanım Zeynəb Süleymani əlavə edib: Bu gün atamın şəhid olması müqavimət cəbhəsini qalib bir məktəbə çevirdi. Bütün dünya Süleymaninin cihad və iedologiya mesajını almışdır. İmperializm,  sionizm və təkfirçiliyə düşmən gözü ilə baxırlar. Amerika bilməlidir ki, Aşura mücahidlərin qüdrət mənşəyi və İlsam və insanlıq düşmənlərinin qorxu qaynağıdır.

https://iqna.ir/fa/news/3869605

 

captcha