IQNA

Belarusiya Kommunist Partiyası Süleymaninin terror edilməsini pisləyib

14:43 - January 17, 2020
Xəbər sayı: 3486515
Belarusiya Kommunist Partiyasının mərkəzi komitəsinin baş katibi İran rəsmilərinin təyyarə qəzasının insan səhvi səbəbi ilə baş verməsini ən tez zamanda xalqa açıqlamalarını şücaətli bir addım hesab edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belarusiyanın Kommunist Partiyasının mərkəzi komitəsinin baş katibi İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin terror edilməsini qınayıb.

Belarusiyanın Kommunist Partiyasının mərkəzi komitəsinin baş katibi İran İslam Respublikasının bu ölkədəki səfirliyinin diplomatlarından biri ilə görüşdə Amerikanın bu addımını xəyanət adlandırıb və dövlət səviyyəsində həyata keçirilən bu terroru məhkum edib.

Görüş barədə partiyanın rəsmi saytında məlumat verilib. Görüşün təffərrüatını açıqlayan xəbərdə partiyanın baş katibi "Qasim Süleymani İranın milli qəhrəmanıdır" deyib və onun şəhadəti və Ukrayn təyyarəsinin süqut etməsi faicəsi münasibəti ilə İran xalqına başsağlığı deyib.

Bu görüşdə Belarusiyanın Kommunist Partiyasının mərkəzi komitəsinin baş katibi İran rəsmilərinin təyyarə qəzasının insan səhvi səbəbi ilə baş verməsini ən tez zamanda xalq açıqlamalarını şücaətli bir addım hesab edib.

Belarusiyanın Kommunist Partiyasının mərkəzi komitəsinin baş katibi 1988-ci ildə Amerikanın İran sərnişin təyyarəsini vurduğunu və o zaman üzrxahlıq belə etməməsini xatırladıb.  

https://iqna.ir/fa/news/3872061

captcha