IQNA

Kazablankada Beynəlxalq Quran Təcvidi Festivalı keçiriləcək

23:15 - January 19, 2020
Xəbər sayı: 3486524
Festivalda keçirilən Quran yarışlarında qadın, kişi, uşaq və böyük kateqoriyalarının hər birində 60 nəfər bir biri ilə rəqabət aparacaq. Festivalda 500 nəfər qadın və kişi Quran qarisi iştirak edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn həftənin Çaharşənbə günü, 22 Yanvar 2020-ci il, Mərakeşin Kazablanka şəhərində Beynəlxalq Quran Təcvidi Fesitvalı başlayacaq.

Festivalda dünyanın müxtəlif ölkələrindən 500 nəfər qadın və kişi Quran qarisi iştirak edəcək.

Beynəlxalq Qurani-Kərim Təcvidi Festivalı Mərakeşin "Badirə" sosial əlaqələr və inkişaf birliyinin təşəbbüsü ilə keçirilir.

Festival çərçivəsində keçirilən Quran yarışlarında böyüklər, uşaqlar, qadınlar və kişilər kateqoriyalarının hər birində 60 nəfər dörd gün bir biri ilə rəqabət aparacaqlar. Yarışların sonunda hər bir kateqoriya üzrə dörd nəfər mükafatlandırılacaq.

Qeyd edək ki, Mərakeşin "Badirə" sosial əlaqələr və inkişaf birliyinin təşəbbüsü ilə indiyədək beynəlxalq şeir, texnoloji ixtiralar və mədəniyyət festivalları keçirilmişdir.  

https://iqna.ir/fa/news/3872747

captcha