IQNA

Hindistanda 5 min nüsxə Quran paylanıldı

23:29 - January 19, 2020
Xəbər sayı: 3486525
Türkiyə Dini İşlər Nazirliyi bu layihənin icrası yönündə 2020-ci ildə Hind, Nigeriya, Nepal, Banqladeş, Pakistan, Albaniya, Macarıstan və Yaponiya müsəlmanlarına 100 min nüsxə Qurani-Kərim hədiyyə edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Krala əyalətində müsəlmanlar arasında 5 min nüsxə Qurani-Kərim paylanılıb.

Hindistanın cənubunda paylanılan bu Quran nüsxələri Malayalam dilinə tərcümə edilib.

Malayalam dilinə tərcümə edilmiş Quran nüsxələrini Türkiyənin Diyanət İşləri Bakanlığının nəzdində fəaliyyət göstərən İslami Fondlar Təşkilatı hədiyyə edib.

Qeyd edək ki, Malayalam dilinə Quranın tərcümə edilməsi Türkiyə Dini İşlər Nazirliyinin 2015-ci ildə başlatdığı "mənim hədiyyəm Quran"dır layihəsinin icrası yönündə həyata keçirilmiş proqramdır.

Türkiyə Dini İşlər Nazirliyi bu layihənin icrası yönündə 2020-ci ildə Hind, Nigeriya, Nepal, Banqladeş, Pakistan, Albaniya, Macarıstan və Yaponiya müsəlmanlarına 100 min nüsxə Qurani-Kərim hədiyyə edəcək.

Bu təşkilat indiyədək çox sayda Qurani-Kərim nüsxəsini müxtəlif dillərə tərcümə edərək müxtəlif ölkələrə göndərmişdir. 294 min 884 nüsxəni Türkiyənin özündə və 26 dilə tərcümə edilmiş 630 min 160 nüsxəsi isə dünyanın 67 ölkəsində paylamışdır.

Qeyd edək ki, Malayalam dili Hindistanda geniş yayılmış 22 dildən biridir. Dünyanın müxtəlif yerlərində 35 milyon 900 min nəfər bu dildə danışır.

https://iqna.ir/fa/news/3872600

captcha