IQNA

Qarilər Şəhid Mühəndisin məzarında qrup tilavəti icra etdilər

22:39 - January 20, 2020
Xəbər sayı: 3486531
İraqlı Qurani-Kərim qariləri Amerikanın Yanvar ayının 3-də, Bağdad hava limanında terrorla şəhid etdiyi Şəhid Əbu Mehdi Mühəndisin məzarı başında qrup tilavəti icra etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqlı Qurani-Kərim qariləri Amerikanın Yanvar ayının 3-də, Bağdad hava limanında terrorla şəhid etdiyi Şəhid Əbu Mehdi Mühəndisin məzarı başında qrup tilavəti icra etdilər.

Şəhid Qasim Süleymani, Şəhid Əbu Mehdi Mühəndis və onların silahdaşlarının xatirəsinə həsr edilmiş tilavət mərasimində İraqın məhşur Quran qariləri və "Həşduş-Şəəbi Şəhidləri Quran Qariləri Birliyi"nin üzvləri Qurani-Kərimdən ayələr qiraət ediblər.

Nəcəf şəhərinin Vadis-Səlam məzarlığında keçirilən Quranla üns məclisi Həşduş-Şəəbi təşkilatının Əqidə İdarəsinin təşəbbüsü ilə təşkil edilib.

Mərasimdə İraqlı qarilər Seyid Yasir Əllaq, Cavad Kəəbi, Əhməd Hüseyni, Mehdi Vaili, Mürtəza Dəraci tilavət ediblər və İraqlı məddah Kərrar Şəmri mərsiyə oxuyub.  

https://iqna.ir/fa/news/3872914

captcha