İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Qoşunları bu gün (22 Yanvar 2020) Türkiyənin PUA-sının vurulması barədə xəbər yayıblar.
Xəlifə Həftərin silahlı qüvvələri tərəfindən Türkiyə PUA-sı Müəytiqə hava bazası yaxınlığında vurulub.
Liviya Milli Qoşunlarının sözçüsü Əhməd Mismari sosial şəbəkə hesabında bu pilotsuz təyyarənin Trablosda Liviya qoşunlarının bazasına hücum etdiyi zaman vurulduğunu məlumat verib.
BMT-nin Təhlükəsizlik Şurası bu gün Liviyada vuruşan tərəflərdən (Liviya Şərq Dövləti və Liviya Qərb Dövləti) atəşkəs barədə razılaşmalarını tələb edib.
Qeyd edək ki, Türkiyə, Amerika, İtaliya və Avropa Şurası Fayiz Siracın rəhbərlik etdiyi Qərbi Liviya Dövlətini və Fransa, Rusiya, Misr, BƏƏ və Səudiyyə isə Abdullah Saninin rəhbərlik etdiyi Şərqi Liviya Dövlətini dəstəkləyirlər.