IQNA

İraq xalqı 'ABŞ və Tramp, İraqdan rədd ol' şüarıyla milyonluq mitinq keçirdi- FOTO

21:26 - January 24, 2020
Xəbər sayı: 3486550
ABŞ əleyhinə mitinqlərin görkəmli olması üçün başda İraqın aparıcı dini şəxsiyyətləri və siyasi liderləri ilə yanaşı, qeyri-hökumət təşkilatları da müxtəlif dəvətlər etmişdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq xalqı bu gün ölkədəki işğalçı ABŞ qüvvələrinin çıxması üçün ölkə daxilində milyonluq nümayiş keçirib.

Yerli vaxtla səhər saat 09:00-dan başlayan ABŞ əleyhinə mitinqlərin görkəmli olması üçün başda İraqın aparıcı dini şəxsiyyətləri və siyasi liderləri ilə yanaşı, qeyri-hökumət təşkilatları da müxtəlif dəvətlər etmişdilər.
İraqdakı milyonluq mitinqlər “Milli hakimiyyət günü” adıyla keçirilib.

Bəzi çevrələr bu gün keçirilən mitinqləri 1920-ci ildə Britaniyanın müstəmləkəçi qüvvələrinin çıxması üçün İraq xalqının inqilabi cəhdinə bənzədib.

Etirazçılar ABŞ-ın İraqın 16 illik işğalına son qoyulmasını tələb edib. Onlar  "Amerikaya ölüm",  "ABŞ İraqdan rədd ol" "Tramp İraqdan rədd ol" "ABŞ hərbiçiləri ölkəni tərk edin ki sağ qalasız" kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ-ın Bağdaddakı terror hücumu nəticəsində İslam İnqilabı Keşikçilər Korpusunun Qüds briqadasının komandiri, şəhid general-leytenant Qasim Süleymani və İraqdakı Həşd Şəbi komandirinin müavini, şəhid Əbu Mehdi əl-Mühəndis terror edilib.

Bu hadisədən sonra yanvarın 5-də İraq millət vəkilləri ABŞ qoşunlarının ölkədən çıxarılmasına səs verdilər. Bir çox İraq rəsmisi, o cümlədən baş nazir Adil Abdul-Mehdi parlament qərarından sonra ABŞ qoşunlarının İraqdan sürətlə çıxarılmasını vurğuladı.

Muqtəda Əs-Sədr: 'ABŞ əleyhinə yürüş, İraqın müstəqilliyinin göstəricisidir'

Keçirilən nümayişlə bağlı bəyanat yayan "Sədr" hərəkatının lideri Müqtəda Sədr bildirib ki, işğalçılarla bağlanılan bütün təhlükəsizlik müavilələri ləğv edilsin.

Bağdad ABŞ ilə bütün təhlükəsizlik müqavilələrini ləğv etməli və hərbi əməliyyatları ilə əlaqədar hava məkanını bağlamalıdır.

Tramp, İraqla bağlı qərarlarında və çıxışlarında yuxarıdan aşağı, təkəbbürlü və özünü haqlı bir mövqedən çıxış etməməlidir, əks təqdirdə qisas alacağıq. İraqda qalarsa və qoşunlarını İraqdan çıxarmaqdan imtina etsələr, qonşu ölkələrin heç biri işğalçılarla necə münasibət qurduğumuza müdaxilə etməməlidir.

O, həmçinin qeyd edib ki, əgər bu sadalananlar icra olunsa biz Amerika ilə işğalçı kimi davranmayacağıq. Əks halda İraq hökumətinin düşməni sayılacaqdır, çünki göstərilən şərtlərə qarşı çıxmışdır. 

https://iqna.ir/fa/news/3873775

https://iqna.ir/fa/news/3873805

آغاز تظاهرات کفن‌پوشان عراقی‌ها در مخالفت با حضور نیروهای آمریکایی
 
آغاز تظاهرات کفن‌پوشان عراقی‌ها در مخالفت با حضور نیروهای آمریکایی
آغاز تظاهرات کفن‌پوشان عراقی‌ها در مخالفت با حضور نیروهای آمریکایی

آغاز تظاهرات کفن‌پوشان عراقی‌ها در مخالفت با حضور نیروهای آمریکایی

تظاهرات کفن‌پوشان عراقی‌ها در مخالفت با حضور نیروهای آمریکایی

تظاهرات کفن‌پوشان عراقی‌ها در مخالفت با حضور نیروهای آمریکایی

تصاویری از تظاهرات میلیونی ضدآمریکایی مردم عراق

captcha