IQNA

Müqtəda Sədr: İraq xalqı düşmənlərini qəzəbləndirdi

11:22 - January 25, 2020
Xəbər sayı: 3486553
İraqın SƏDR hərakatının rəhbəri Seydi Müqtəda Sədr dünən terrorist amerikanın hərbi qüvvələrinin ölkədən çıxarılması tələbi ilə keçirilən yürüşlərdə iştirak edən milyonlarla insana təşəkkür edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın SƏDR hərakatının rəhbəri Seydi Müqtəda Sədr dünən terrorist amerikanın hərbi qüvvələrinin ölkədən çıxarılması tələbi ilə keçirilən yürüşlərdə iştirak edən milyonlarla insana təşəkkür edib.

O, sosial şəbəkə hesabında İraq xalqına xitabən yazıb: Siz bu gün (Cümə, 24 Yanvar 2020) düşmənlərimizi qəzəbləndirdiniz.

O əlavə edib: Siz İraq xalqı, bizim (müqavimət gücləri) ürəyimizi şad etdiniz. Ümidlərimizi doğrultdunuz. Düşmənlərimizi qəzəb odunda boğdunuz. Allah sizin əməl dəftərinizdə saleh əməl yazdı. Allah-Taala sizə və bütün İraq xalqına xeyir mükafat versin, İnşaallah.

İraqın SƏDR hərakatının rəhbəri Seydi Müqtəda Sədr xalqın bu yürüşünə şübhə və şəkk ilə yanaşan kəsləri qınayaraq yazıb: Güman edirdim ki, Allahdan sonra bu xalqın, İraqın və mənim dayağı onlardır. Amma onlardan və onların əcir etdikləri "qələm"lərdən Allaha şikayət edirəm.  

Seydi Müqtəda Sədr İraqda dövlətin təşkil edilməsi prosesinə işarə edərək vurğulayıb: İraqda xarici terrorçuların və işğalçıların şərrini millətdən uzaqlaşdıracaq güclü, müstəqil, milli, saleh və işgüzar bir dövlətin qurulmasını gecikdirən hər bir siyasi şəxsə qəzəbliyəm və bizaram.   

https://iqna.ir/fa/news/3873869/

Teqlər: iqna ، müqtəda sədr ، İraq
captcha