IQNA

Ayətullah Sistani hakimiyyətə hörmət göstərilməsini tələb etdi

12:21 - January 25, 2020
Xəbər sayı: 3486554
Ayətullah Üzma Seyid Əli Sistani İraqda hakimiyyətə ehtiram edilməsini, siyasi qərarların müstəqilliyi, vəhdət, həqiqi islahatların aparılmasını və yeni dövlətin sürətlə təşkil edilməsini tələb edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanların təqlid mərcəsi Həzrət Ayətullah Üzma Sistani hakimiyyətə hörmət göstərilməsinin və sabitliyin qorunması ilə bağlı bəyanat verib.

Bəyanatı Həzrət Ayətullah Üzma Sistaninin Kərbəladakı nümayəndəsi və Cümə namazı xətibi Seyid Əhməd Safi Cümə xütbələrində xalqa çatdırıb.

Həzrət Ayətullah Üzma Seyid Əli Sistani bəyanatda İraqda hakimiyyətə ehtiram edilməsini, siyasi qərarların müstəqilliyi, vəhdət, həqiqi islahatların aparılmasını və yeni dövlətin sürətlə təşkil edilməsini tələb edib.

O, xalqın tələb etdiyi və uğurunda fədakarlıq göstərdikləri islahatların ən tez zamanda həyata keçirilməsinin zəruri olduğunu bildirərək vurğulayıb: İslahatların gecikməsi vətəndaşların problemlərinin çoxalmasına və sabitliyin pozulmasına və siyasi təhlükəsizliyin bərqərar olmasının uzanmasına səbəb olacaq.

Həzrət Ayətullah Üzma Sistani yeni dövlət kabinetinin təşkil edilməsinin konsitutsiyada nəzərdə tutulan vaxtdan çox uzanmasını xatırladaraq deyib: Bu məsələ ilə əlaqəli tərəflər məsələnin qanunlara uyğun həllində çalışsınlar və böhranın həll edilməsi üçün həmkarlıq etsinlər.

O, İraqdakı müxtəlif təşkilatların ölkəni əhatə edən təhlükənin həcmindən agahlığı və əsas problemlərin həlli üçün yekdil rəyə sahib olmalarını İraq millətinin gələcəyi və maraqlarının qorunması üçün zəruri hesab edib.    

https://iqna.ir/fa/news/3873824

captcha