IQNA

Kanadada müsəlman xanımlar üçün ilk idman salonu açıldı

23:01 - January 25, 2020
Xəbər sayı: 3486556
İdman salonunun təsisçisi xanım Fatimə Li Garsi müsəlman xanımların yüngül idman növləri ilə ruhi və fiziki baxımdan hazırlanmasını qarşıya qoyulan əsas hədəf olduğunu bildirib.    

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şimali Amerikanın müsəlman xanımlar üçün ilk idman salonu Kanadanın Torento şəhərində açıldı.

"Sister Fit" adı ilə yeni işə başlamış bu idamn salonu xüsusi olaraq müsəlman xanımlar üçün istifadəyə verilib.

İdman salonunda döyüş sənəti, peşəkar bodibildinq və digər idman növləri üzrə imaknlar mövcuddur. Bundan əlavə idman barədə müxtəlif seminarlar təşkil edilir.

İdman salonunun təsisçisi xanım Fatimə Li Garsi müsəlman xanımların yüngül idman növləri ilə ruhi və fiziki baxımdan hazırlanmasını qarşıya qoyulan əsas hədəf olduğunu bildirib.    

https://iqna.ir/fa/news/3874084

Teqlər: idman salonu ، iqna ، kanada
captcha