İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Həcc İşləri və İslami Fond İdarəsinin rəisi ötən gün (26 Yanvar 2020) Herat əyalətində naməlum silahlı şəxslər tərəfindən terror edildi.
Hadisə səhər çağı Herat əyalətinin Pəştun-Zərğun şəhərində baş verib.
Herat vilayətinin Həcc İşləri və İslami Fondlar İdarəsinin rəisi Seyid Məhəmməd Şirzadi öz "facebook" sosial şəbəkə hesabında bu xəbəri təsdiq edib.