IQNA

 Sionist rejimi Əqsa məscidinin xətibini həbs edib

10:20 - January 27, 2020
Xəbər sayı: 3486567
Şeyx Əkrəmə Səbri sionist rejiminin Əqsa məscidinə giriş qadağası qərarını pozaraq Cümə namazını bu məsciddə qılıb. Buna görə də sionist rejiminin polisləri onu həbs ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün, 26 Yanvar 2020-ci il, işğalçı və terrorist İsrail rejiminin hərbiçiləri Əqsa məscidinin xətibini rejimin Qərbi Qüdsdəki hərbi qərargahına apararaq sorğulayıblar.

Şeyx Əkrəmə Səbri sionist rejiminin Əqsa məscidinə giriş qadağası qərarını pozaraq Cümə namazını bu məsciddə qılıb. Buna görə də sionist rejiminin polisləri onu həbs ediblər.

Əqsa məscidinin xətibi Şeyx Əkrmə Səbri ötən gün Qərbi Qüdsün "əl-Məskubuyyə" hərbi qərargahında sionist rejiminin təcavüzkarcasına həyata keçirdiyi planları pisləyib.

O, istintaq zamanı sionist rejiminin onun əleyhinə səsləndirdikləri ittihamları rədd edib, Əqsa məscidinə müsəlmanların girişini qadağan etmələrini qeyri-qanuni və zalimanə adlandıraraq deyib: Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, insanları ibadət ocaqlarına getməyini yasaqlasınlar.

Bundan öncə sionist rejimi Şeyx Əkrəmə Səbriyə 4 ay Əqsa məscidinə girməməsi barədə xəbərdarlıq etmişdilər.

Fələstinlilər sionistlərin bu addımının ardınca Şeyxə dəstək aksiyası keçirmişdilər.

https://iqna.ir/fa/news/3874347

captcha