IQNA

Sionist xadimi olan Ali-Səud Quranı təhrif edir

22:57 - January 28, 2020
Xəbər sayı: 3486573
Fələstinli araşdırmaçı Əlauddin Əhməd yazıb: Bu tərcümə müsəlmanların əqidələrini zədələyir. Yəhudilərin əqidələri ilə uyğundur. Bu səhvlər Qurani-Kərimi qəsdən və şüurlu formada təhrif etməkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı yəhudilərin danışdığı "ibri" dilində çap və nəşr etdiyi Qurani-Kərimdə 300 səhvə yol verilib.

Sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanının "ibri" dilinə tərcümə etdiyi bu Quran nüsxəsinin sionist rejiminə xidmət və xoşgörü hədəfi ilə qəsdən təhrif etdiyini vurğulayırlar.

Beynəlxalq dərəcəli hüquşünas və vəkil, yazar və universitet ustadı Mahmud Rüfət sosial şəbəhə hesabında yazıb: Səudiyyə Ərəbistanın 300 səhv ilə İbri dilinə tərcümə və nəşr etdiyi Quran nüsxəsində İsra surəsinin 7-ci ayəsindəki "Əqsa məscidi" ifadəsi "Süleyman heykəli" ifadəsi ilə dəyişdirilib ki, yəhudilərin əqidələrinə və onların yazdığı tarixi hadisələrə uyğun olsun.

İsrail məsələləri üzrə Fələstinli araşdırmaçı Əlauddin Əhməd yazıb: Bu tərcümə müsəlmanların əqidələrini zədələyir. Yəhudilərin əqidələri ilə uyğundur. Bu səhvlər Qurani-Kərimi qəsdən və şüurlu formada təhrif etməkdir.

O əlavə edib: Bu nüsxəni ibri dilinə Əsəd Nimr Bəsul adlı fələstinli şəxs tərcümə edib və Mədinənin Məlik Fəhəd Quran çapı və nəşri müəssisəsi də çap və nəşr edib.  

Fələstinli araşdırmaçı vurğulayır: İbri dilində tərcümə edilmiş nüsxədə Məhəmməd və İsanın adı yoxdur. İshaq və Yəqubu İbrahimin övladları kimi təqdim etsə də, İsmayılın adı çəkilməyib. Bu isə yəhudilərin əqidəsinə uyğun iş görməkdir.   

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanın bu addımını məhkum edərək bunu sionist rejiminə xidmət adlandırmışlar.   

https://iqna.ir/fa/news/3874483

تحریف قرآن در عربستان برای خدمت به صهیونیست‌ها 

captcha