IQNA

Fransada İslamofobiya çoxalır

23:09 - January 28, 2020
Xəbər sayı: 3486574
Fransanın Milli İslamofobiya Müşahidə-Nəzarət İdarəsinin rəisi Abdullah Zakiri Fransada İslamofobiyanın çoxalması barədə məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın Milli İslamofobiya Müşahidə-Nəzarət İdarəsinin rəisi Abdullah Zakiri Fransada İslamofobiyanın çoxalması barədə məlumat verib.

O deyib: Hesablamalar göstərir ki, keçən il Fransada İslamofobiya zəminində cinayətlərin sayı çox yüksək olub.  

Zakiri əlavə edib: 2019-cu ildə Fransada islamofobiya zəminində törədilmiş cinayətlərin sayı 54 faiz artıb. 2018-ci ildə müsəlmanlar əleyhinə 100 hücum qeydə alınmışdısa, 2019-cu ildə hücumun sayı 154-ə çatıb.

Fransanın Milli İslamofobiya Müşahidə-Nəzarət İdarəsinin rəisi Abdullah Zakiri aidiyyatı üzrə təşkilatlardan müsəlmanların da digər dinlərin ardıcılları kimi bu ölkədə azad və təhlükəsiz öz dini ayinlərini yerinə yetirmələri üçün şərait yaradılmasını tələb edib.

Qeyd edək ki, Avropa ölkələri arasında müsəlmanların ən çox yaşadığı ölkə Fransadır. Bu ölkədə yaşayan müsəlmanların çoxu isə şimali Afrika ölkələrindəndirlər.

https://iqna.ir/fa/news/3874764

Teqlər: iqna ، fransa ، islamofobiya
captcha