IQNA

Tramp "əsrin sövdələşməsi"ni rəsmiləşdirdi

23:35 - January 28, 2020
Xəbər sayı: 3486575
O deyib: 80 səhifəlik bu layihə hər iki tərəf üçün uduşdur. Mən İsrail üçün çox iş görmüşəm və heç vaxt İsrailin təhlükəsizliyini pozacaq bir iş görmərəm.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, terrorçu Amerika hakimiyyətinin terrorçu prezidenti Donald Tramp məzlum Fələstin xalqının hüquqlarının pozulması istiqamətində işlənmiş "əsrin müqaviləsi" layihəsinin həyata keçirilməsini bu gün (28 Yanvar 2020) rəsmi şəkildə açıq elan edib.

"Ağ Ev"də mətbuat konfransı ilə birgə keçirilən açılış mərasimində işğalçı sionist rejimin baş naziri də iştirak edib.

Tramp bu nəhs və uğursuz işi "sülh üçün ilk addım" adlandırıb və iddia edib ki, bu layihə radikalizmin qarşısını alacaq.

Terrorist Tramp çıxışında bu Amerika-Sionist layihəsi (əsrin müqaviləsi) əsasında Qüdsün və Colan təpələrinin İsrailin olduğunu bildirib.  

O deyib: 80 səhifəlik bu layihə hər iki tərəf üçün uduşdur. Mən İsrail üçün çox iş görmüşəm və heç vaxt İsrailin təhlükəsizliyini pozacaq bir iş görmərəm.

Tramp "Qüds"ü (yerusəlim) İsrailin birdəfəlik paytaxtı hesab edərək deyib: HƏMAS və İslami Cihad və digər müqavimət gücləri İsrail əleyhinə şüarlarını dayandırmalıdır. Habelə İsrail zərərçəkmiş fələstinli ailələrə qəramət (kompensasiya) ödəməlidir.

Terrorçu tramp sonda müqavimət güclərinin generallarını (Şəhid Qasim Süleymani və Şəhid Əbu Mehdi Mühəndis) terror etməsi ilə bağlı öyünərək deyib: Mən onların yaxşı işlərlə məşğul olduqlarını düşünmürəm. (Şəhid) Süleymani israilə nifrət edirdi. O, azad Qüds üçün İsrail ilə müharibə etmək istəyirdi.      

https://iqna.ir/fa/news/3875000

captcha