IQNA

Fələstinlilər Trampın planını tarixin zibilliyinə atacaq

9:11 - January 29, 2020
Xəbər sayı: 3486580
Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ın siyasi lideri İsmayil Həniyyə ilə telefon danışığında Trampın təklif etdiyi "əsrin müqaviləsi" adlı işğal planına münasibət bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ın siyasi lideri İsmayil Həniyyə ilə telefon danışığında Trampın təklif etdiyi "əsrin müqaviləsi" adlı işğal planına münasibət bildirib.

Mahmud Abbas qeyd edib ki, Qüds satılmır. ""Əsrin müqaviləsi" adlı çirkli planınız heç vaxt icra olunmaycaq  və  Fələstin xalqı  onu tarixin zibilliyinə atacaq. 

"Bu həssas məqamda mən hamıdan istəyirəm ki, sıraları daha da möhkəmləndirsinlər və bu çirkli planı pozsunlar", - deyə Mahmud Abbas bildirib.

 

Netanyahu və Trampın sözlərini faydasız adlandıran Mahmud Abbas deyib ki, biz bu razılaşmaya  min dəfə yox deyirik.  

 

Eyni zamanda HƏMAS lideri İsmayıl Haniyə də bu işğal planının sionist rejimə heç bir legitimlik verməyəcəyini bildirib.

Mahmud Abbasla telefon danışığında İsmayıl Həniyyəyə bütün fikir ayrılıqlarını kənara qoyub sionist rejim və ABŞ-ın bu planları qarşısında birgə olacaqlarını qeyd edib. 

Digər tərəfdən də Fələsin İslami Cihad Hərəkatının rəhbəri Xalid əl-Bətəş elan edib: "Əsrin müqaviləsi" layihəsinə razı olan hər kəs Fələstinin düşmənidir.

O əlavə edib: Bütün insanları müxtəlif ölkələrdə Amerika səfirliklərinin qarşısında etiraz aksiyası keçirməyə dəvət edirəm. Amerikada yaşayan şərəfli insanlardan da istəyirəm ki, Trampın zülmünün qarşısını alsınlar.

https://iqna.ir/fa/news/3875018

captcha