IQNA

 Malaziyanın beynəlxalq Quran yarışları Aprel ayında keçiriləcək

11:39 - February 05, 2020
Xəbər sayı: 3486630
Malaziyanın 62-ci beynəlxalq Qurani-Kərim yarışları cari ilin Aprel ayının 6-dan 11-dək bu ölkənin paytaxtı Kualalampur şəhərində keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın 62-ci beynəlxalq Qurani-Kərim yarışları cari ilin Aprel ayının 6-dan 11-dək bu ölkənin paytaxtı Kualalampur şəhərində keçiriləcək.

Malaziyanın Qurani-Kərim yarışları CAKİM İslami İnkişaf Müəssisəsinin təşəbbüsü və dünyanın müxtəlif ölkələrinin hafiz və qarilərinin iştirakı ilə tilavət və hifz ixtisasları üzrə keçirilir.  

Malaziya Quranın yarışları hər gün günün birinci və ikinci yarısında keçiriləcək.

Yarışların hakimlər heyətinin tərkibində İordaniyalı beynəlxalq Quran yarışları hakimi Səmih Əhməd Xalid Osmanə də iştirak edəcək. O, bundan öncə İran İslam Respublikasının beynəlxalq Quran yarışlarında hakimlik edib.

https://iqna.ir/fa/news/3876684

captcha