IQNA

Müsəlman alim kağız istehsalının unikal yolunu tapıb

23:31 - February 06, 2020
Xəbər sayı: 3486635
Türkiyənin Kahramanmaraş Universitetinin müəllim və tələbələri yüksək keyfiyyətli kağız istehsalının yeni bir üsulunu hazırlayıblar.
Türkiyənin Kahramanmaraş Universitetinin müəllim və tələbələri yüksək keyfiyyətli kağız istehsalının yeni bir üsulunu hazırlayıblar.
Maide.Az xarici KIV-ə istinadla xəbər verir ki, bunun üçün ilkin material olaraq yumurta qabıqlarından istifadə ediləcək.
Türkiyədə hər il 100 tondan çox yumurta qabıqları tullantıya çevrilir. Bu üsul vacib ekoloji problemlərin həllinə kömək edəcəkdir.
“Bir ton kağız hazırlamaq üçün 17 ağacı kəsməliyik. Orta ailə ildə 52 qutu yumurta qabığı istehsal edir. Bu, 60-70 yaşlı bir ağacın kəsilməsinin qarşısını alır. Bir ağac 72 insanın oksigen ehtiyacını təmin edir" deyə kağız istehsalının yeni bir üsulunun hazırlanmasında iştirak edən professor Əhməd Tutuş bildirib.
Professor Tutuş ölkədə keyfiyyətli kağıza tələbatın ildən-ilə artdığını söyləyib. Qıtlığı üzündən Türkiyə onu xaricdən almaq məcburiyyətində qalır. Bu da onu kağız istehsalı üçün yeni mənbələr axtarmağa vadar edib.
Teqlər: iqna ، türkiyə ، kağız
captcha