IQNA

Əfqanıstanda 3 gündə 13 uşaq naməlum xəstəlikdən ölüb

23:35 - February 06, 2020
Xəbər sayı: 3486636
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətin Yamqan rayonunda sətəlcəmə oxşar simptomlardan ən azı 13 uşaq ölüb.
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətin Yamqan rayonunda sətəlcəmə oxşar simptomlardan ən azı 13 uşaq ölüb. Əfqanıstanın "TOLOnews" telekanalı xəbər verir ki, bu barədə cümə axşamı yerli hakimiyyət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölüm halları son 3 gündə baş verib. Əfqan səlahiyyətlilərindən Yamqandakı uşaq ölümləri ilə bağlı hələlik açıqlama verilməyib.
2019-cu ilin dekabr ayının sonunda Çin hakimiyyəti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını açıqlayıb. ÇXR ilə yanaşı dünyanın 24 ölkəsində xəstəlik aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı yayılmanı beynəlxalq səviyyədə fövqəladə vəziyyət olaraq tanıyıb və bir çox ocağı olan epidemiya kimi xarakterizə edib. Son məlumatlara görə, Çində virusa yoluxanların sayı 28 mindən çoxdur, xəstəlikdən 560-dan çox insan ölüb, 1100 nəfər sağalıb. / faktxeber
 
captcha