IQNA

 Amerika hərbiçilərinin İraqdan çıxarılması başladı

23:29 - February 09, 2020
Xəbər sayı: 3486654
Amerikanın terrorçu hərbi qüvvələri İraqda işğal etdikləri bəzi hərbi bazalardan çıxmağa başlayıblar. Bu barədə İraqın Parlament Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Əli Ğanimi məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın terrorçu hərbi qüvvələri İraqda işğal etdikləri bəzi hərbi bazalardan çıxmağa başlayıblar.

Bu barədə İraqın Parlament Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Əli Ğanimi məlumat verib.

O deyib: Amerika öz hərbi qüvvələrini İraqda yerləşən 15 hərbi bazadan geri aparmağa başlayıb.

Ğanimi əlavə edib: Amerika hərbi qüvvələrinin İraqda qalması İrbil və Ənbardakı (Eynul-Əsəd) hərbi bazalarla məhdudlaşdırılıb. Amerikalılar bu iki hərbi bazada qalmağa israrlıdırlar. Amma xalq və parlament onların bütün hərbi bazalardan çıxarılmasını tələb edirlər.

Qeyd edək ki, bundan öncə terrorist Amerikanın müdafiə nazirliyinin sözçüsü Amerika terroristlərinin İraqdan çıxarılmayacağını və Orta Şərqdə qalacaqlarını elan etmişdi.   

https://iqna.ir/fa/news/3877732

Teqlər: iqna ، amerika ، hərbi baza ، terrorist
captcha