İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi "Antonio Guterres" Afrikada terrorizmlə mübarizənin zəruri olduğunu vurğulayaraq Sudanın adının terrorizmi dəstəkləyən ölkələrin siyahısından çıxarılmasını istəyib.
O, bunu bu gün (Bazar, 9 Fevral 2020) Afrika Birliyinin Efiopiyanın paytaxtı Adisababa şəhərində keçirilən iclasda deyib.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi "Antonio Guterres" Afrikada terrorizmlə mübarizənin zəruri olduğunu və buna görə Afrika ilə əməkdaşlıq üçün beynəlxalq əməl mexanizminin icad edilməsini vurğulayıb.
O deyib: Birləşmiş Millətlər Təşkilatı (BMT) və bu təşkilata bağlı bütün beynəlxalq qrumlar qara qitənin inkişaf etməsi və genişlənməsini dəstəkləyir.
Antonio Guterres bildirib: TŞ-nın (Təhlüləsizlik Şurası) terrorizmlə mübarizə qaydalarının yeddinci maddəsinə əsasən Afrika qüvvələrinin terrorizmin yayılmasının qarşısını almaq və sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün beynəlxalq dəstəyə ehtiyacı var.