IQNA

İslam İnqilabının rəhbəri əfv fərmanı imzaladı

23:09 - February 10, 2020
Xəbər sayı: 3486658
İslam İnqilabının 41-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında 2 min 315 məhbus əfv olunub.  
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının 41-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında 2 min 315 məhbus əfv olunub.  
İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi İslam İnqilabının 41-cı ildönümü ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 2315 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Qeyd edək ki, fevral ayının 1-i Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, Xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb.
İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən (1 fevral)  inqilabının qələbə çaldığı 22 Bəhmənə (11 fevral) qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır.
Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli qeyd olunur.   
captcha