IQNA

‘Azərbaycan məscidləri’ foto-sərgisi keçiriləcək

10:05 - February 15, 2020
Xəbər sayı: 3486688
Həvəskar və peşəkar fotoqrafların iştirak edə biləcəyi Foto-sərgi 19.03.2020-ci tarixdən 01.04.2020-ci il tarixinədək 10 gün davam edəcəkdir. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Bakı Fotoqrafiya Evi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı “Azərbaycan məscidləri” adlı foto-sərgi elan edir!
Maide.Az bildirir ki, Bakı Fotoqrafiya Evi növbəti dəfə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı ilə birlikdə “Azərbaycan məscidləri” adlı foto-sərginin keçirilməsi ilə bağlı elan verir. 
Həvəskar və peşəkar fotoqrafların iştirak edə biləcəyi Foto-sərgi 19.03.2020-ci tarixdən 01.04.2020-ci il tarixinədək 10 gün davam edəcəkdir. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Diqqət!
İştirak etmək arzusunda olan hər kəs çəkdiyi fotoları 15 mart 2020-ci il tarixinədək sergi@artscouncil.az elektron ünvana göndərə bilər:
Sərginin nümayiş məkanı: İçərişəhər, İ. Əfəndiyev küç,47, Bəylər məscidi
captcha