IQNA

Husilər Yəməndə işğalçı ərəb koalisiyasının hərbi təyyarəsini vurdular

10:12 - February 15, 2020
Xəbər sayı: 3486690
Yəmənin Ənsarullah Husilər hərəkatı fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə  işğalçı ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər.
Yəmənin Əhli-beyt (ə) ardıcılı Ənsarullah Husilər hərəkatı fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə  işğalçı ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər.
Maide.Az xəbər verir ki,  bu barədə "Əl-Masira" telekanalına məlumat verib. 
"Ənsarullah" hərəkatı işğalçı qüvvələrə hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub.
Teqlər: iqna ، yəmən ، Ənsarullah ، husi ، səudiyyə
captcha