IQNA

İsrail rejimi həcc bəhanəsi ilə Səudiyyə rejiminə təyyaraə reysləri açmaq istəyir

13:35 - February 21, 2020
Xəbər sayı: 3486723
Tehran (IQNA) - İsrail rejimi müsəlmanların Həccə getməsi bəhanəsi ilə Məkkə və Mədinənin müqəddəs torpaqlarına birbaşa təyyarə səfərləri tənzimləmək istədiyini bildirilib.

Deyerler.org informasiya portal; Farsnews-a istinadən xəbər verir ki, İsrail rejiminin parlamenti Knessetdəki Likud partiyası qrupunun sədr müavini Miki Zoher, Təl-Əvivin işğal altındakı Fələstində yaşayan müsəlmanların həcc ziyarətini yerinə yetirmələri üçün ər-Riyada birbaşa təyyarə səfərləri təşkil etmək istədiyini açıqlayıb.

Zoher bununla həcc ziyarətini yerinə yetirmək istəyənlərin İordaniya üzərindən yox, Təl-Əvivdən Ər-Riyada birbaşa uçuşlarla Səudiyyə rejiminə gedə biləcəyini qeyd edib.

Zoher bu məsələ ilə bağlı müəyyən irəliləyişlər əldə edildiyini və Netanyahunun müdaxiləsi ilə həll olunacağını təklif edib.

Teqlər: səudiyyə ، israil ، fələstin ، riyaz
captcha