IQNA

Korona virusu ilə mübarizə üçün müştərək iclas keçiriləcək

9:46 - February 22, 2020
Xəbər sayı: 3486729
Tehran (IQNA) -  İraqın xarici işlər naziri əl-Həkim yaxında günlərdə İran İslam Respublikasının rəsmiləri ilə "korona virusu"nun qarşısının alınması barədə toplantı keçirəcəklərini xəbər verib.

"əl-Fürat"ın verdiyi məlumata görə, İraqın xarici işlər naziri Məhəmməd Əli əl-Həkim bu barədə özünün sosial şəbəkə hesabında yazaraq bildirib ki, toplantıda İranlı mütəxəssislərlə virusun qarşısının alınması yolları müzakirə ediləcək.

Məhəmməd Əli əl-Həkim əlavə edib: Ölkənin müxtəlif qrumları, o cümlədən səhiyyə, nəqliyyat və xarici işlər nazirliyinin işçilərindən təşkil edilmiş komitə həftənin Cüməaxşamı günü (20 Fevral 2020) keçirilən iclasda "korona virus"un ölkəyə daxil olmasının qarşısın almaq barədə layihə hazırlayıblar.  

O vurğulayıb: Bu komitə Cümə günü (21 Fevral 2020) İran İslam Respublikasının İraqdakı səfiri ilə də görüşüb və müştərək toplantının keçirilməsi üçün danışıblar.

3880453

Teqlər: İraq ، iran ، korona virusu
captcha