Quranla üns gecəsində İraqın tanınmış Quran ustadları və qariləri iştirak ediblər. Bu barədə "əl-Kəfil" beynəlxalq peyk televiziya kanalı məlumat yayıb.
Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin mədəni işlər bölməsinin rəis müavini və "İmam Baqir (ə) Festivalı Komitəsin"nin üzvü Əqil Əbdülhüseyn Yarisi bu mərasiminin Quran mədəniyyətini cəmiyyətdə köklü şəkildə inkişaf etdirmək və yaymaq hədəfi ilə keçirildiyini bildirib.
Qeyd edək ki, İraqın "İmam Məhəmmədbaqir festivalı" ötən gün "İmam Baqir; Risalət zəxirəsi və imamət xəzinəsi" devizi ilə öz işinə başlayıb.