"
Abotuİslam" informasiya portalının verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda keçirilən ‘Britaniya İslam Konfransı 2020’də ‘müsəlmanlar ənənə və müasirlik arasında’ mövzusu müzakirə olunub.
Konfransda İngiltərə müsəlman elm adamları və fəallarla yanaşı müxtəlif ölkələrdən də müsəlman və qeyri müsəlman elm adamları iştirak edib.
22-23 fevral tarixində keçirilən konfransda İngiltərədə müsəlmanlar arasında əməkdaşlığın artırılması məsələsi, cəmiyyətdə müsəlmanların rolu və üzləşdikləri problemlər müzakirə olunub.