Bu barədə İran İslam Respublikasının Cümə Namazının İdarəçiliyi Şurası bəyanat yayıb.
Bəyanatda deyilir ki, "korona virusu"nun çox yayıldığı vilayət, şəhər və rayonlarda, o cümlədən Tehran, Qum, Rəşt, Məşhəd, Təbriz, İsfahan, Urmiyə, Həmədan, Ərdəbil, Şiraz, Sənəndəc, Zahidan, Kirmanşah, Qorqan və sair şəhərlərdə Cümə namazı qılınmayacaq.