IQNA

Avropada islamofobiya çoxalır

9:19 - February 29, 2020
Xəbər sayı: 3486782
Tehran (IQNA) -  Avropa Şurasının irqçilik və dözümsüzlüyə qarşı Avropa ölkələri üzrə komissiyası illik hesabatında Avropa ölkələrində islamofobiyanın çoxaldığı barədə xəbərdarlıq edib.

"Menara" informasiya portalının məlumatına görə, Avropa Şurasının irqçilik və dözümsüzlüyə qarşı Avropa ölkələri üzrə komissiyası həftənin Cüməaxşamı günü (27 Fevral 2020) yaydığı illik hesabatında müsəlmanlar əleyhinə nifrətin çoxalması və həmçinin irqçiliyin artması barədə həyacan təbili çalıb.

Avropa Şurasının baş katibi Mariya Borij bu barədə deyib: Avropa ölkələri çox dəhşətli və qorxulu bir hadisə ilə üz-üzədir. Müsəlmanlara qarşı nifrətdən doğan cinayət və zorakılıq halları davam edir. Bu mənfur zorakılıq halları çox vaxt sosial şəbəkələrdə baş alıb gedən kin-küdurətli danışıqlar və hiyləgər layihələrin nəticəsidir. Buna görə də irqçi radikalların zəhərli danışıqlarının qarşısının alınması zəruridir.   

3881958

Teqlər: ، AB ، avropa birliyi ، islamofobiya ، ، irqçilik
captcha