IQNA

Peyğəmbərin (s) səhabəsi Salman Farsi haqqında çəkilməkdə olan serialdan fotolar

23:26 - March 13, 2020
Xəbər sayı: 3486900
Tehran (IQNA) - Xəbər verdiyimiz kimi, Həzrət Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir. 

Madiə.az informasiya portalının verdiyi xəbərə görə, hazırda seriyalın çəkilişi davam etdirilir. Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış kinorejissor, "Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkilir. 

Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən - bəhs edilir.

40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq.
Serialın çəkilişindən fotolar yayımlanıb ki, onları oxucularımıza təqdim edirik: 
 
 
 
 
 
 
 
 
 
Teqlər: Salman Farsi ، serial ، kino ، dini film
captcha