"Şarcə24" (Sharjah) informasiya portalının verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) əl-Qasimiyyə universitetinin hər il keçirdiyi beynəlxalq Qurani-Kərim və Nəbəvi Sünnəsi (Peyğəmbərin sünnəsi) yarışları koronavirusun yayılmasının qarşısını almaq hədəfi ilə ləğv edilib.
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) əl-Qasimiyyə universitetinin direktoru Rəşad Salim bu barədə açıqlama verərək deyib: Bəzi ölkələrdə məlumun virisun geniş yayıldığını nəzərə alaraq, ictimai sağlamlığın qorunması və koronavirusun yayılmasının qarşısını almaq üçün milli mübarizəyə kömək məqsədi ilə 2020-ci ildə beynəlxalq Quran yarışları keçirilməyəcək.
Qeyd edək ki, bu yarışlar hər il tələbələr arasında Qurani-Kərimin və hədislərin hifzi hüzrə keçirilir.