IQNA

Marunilərin yepiskopu: Tövbə və Allaha qayıdış zamanıdır

23:54 - March 15, 2020
Xəbər sayı: 3486919
Tehran (IQNA) -  Livanda yaşayan Maruni xristianlarının yepiskopu həftəlik moizəsində deyib: İndi tövbə və Allaha qayıdış zamanıdır. Dini təlimləri öyrənməliyik və bu məsələdə diqqətli olmalıyıq.

Livanda yaşayan Maruni xristianlarının yepiskopu Kardinal Bəşarət Petros Rai həftəlik moizəsində deyib: Dövrümüzün böhranlarından biri də koronavirus pandemiyasıdır. İndi tövbə və Allaha qayıdış zamanıdır. Cəmiyyətin və ailənin maraqlarını qoruyan dini təlimləri öyrənməliyik və bu məsələdə diqqətli olmalıyıq.
"ən-Nəşrə" informasiya portalının verdiyi xəbərə görə, vurğulayıb: Mövcud şəraitə görə bütün Livanlılardan istəyirəm ki, evdə qalsınlar və çölə çıxmasınlar. Toplantılar təşkil etməsinlər. Ümumi məkanlarda fasiləni qorusunlar. Məzhəbi ayinlərin icrası üçün dini mediadan istifadə etsinlər.  

O əlavə edib: Hər yeri şər və fəsad bürüyüb. Hər yerdə müharibə, qətl, dağıntı, zülm, yalan, xalqın əmlakını oğurlamaq, düşmənçilik və sair pisliklər çoxalıb. Buna görə də müqəddəs kitabın tövsiyələrinə əməl etməliyik. Allaha qayıtmalıyıq. Yoxsa, şər işlər yer üzünü tamamilə bürüyərsə, Allah bəşəriyyəti məhv edəcək əzab göndərə bilər.

Maruni kilsəsinin rəhbəri sonda vurğulayıb: İndi Allaha qayıdış və tövbə zamanıdır. Allahın hüzurunda günahlarımıza etiraf etməliyik. Allahdan istəyirəm ki, bizi koronavirus pandemiyasından qorusun.  

3885616

 

Teqlər: kardinal ، yepiskop ، koronavirus
captcha