IQNA

ÜST koronaviruslu günlərdə Ramazan ayı ilə bağlı tədbirini açıqlayıb

23:06 - April 07, 2020
Xəbər sayı: 3487037
Tehran (IQNA) -  Ümumdünya Səhiyyə Təşkilatı koronaviruslu günlərdə mübarək Ramazan ayı ilə bağlı sanitar və gigiyenik tədbirlərini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı koronaviruslu günlərdə mübarək Ramazan ayı ilə bağlı sanitar və gigiyenik tədbirlərini açıqlayıb.

"əl-Aləmin verdiyi xəbərə görə, ÜST mübarək Ramazan ayında müsəlmanların koronavirusla mübarizəsi üçün proqram yazıb.

ÜST-nın Fövqəlad Təcili Proqramlarının icraçı direktoru ötən gün (6 Aprel 2020) keçirilən mətbuat konfransında deyib: Ümumdünya Səhiyyət Təşkilatı koronaviruslu günlərdə ictimai toplantıların virusa yoluxma təhlükəsinin güncləndiyi barədə xəbərdarlıq edir.

Ümumdünya Səhiyyət Təşkilatı dünyanın bütün dini müəssisələri, o cümlədən İslam və Xristian təşkilatları ilə əlaqə saxlayır və onların kütləvi proqramlarını yaxından nəzarətdə saxlayır və izləyir.

ÜST elan edib: Afrikanın hansısa vaksinin və dərmanın yoxlanılması üçün sınaq meydanına çevirilməsinə icazə verməyəcəyik. Keçən həftələrdə Afrikada koronavirus vaksininin insanlar üzərində sınaqdan keçirilməsi xəbəri yayılması bizi ciddi şəkildə narahat edir.

3889973

Teqlər: ÜST ، koronavirus ، afrika ، ramazan ayı
captcha