IQNA

ABŞ-da COVID-19 tələfatı 12000 nəfəri ötüb keçib

11:02 - April 08, 2020
Xəbər sayı: 3487041
Amerikada koronavirus tələfatının sayı digər bir sıçrayışla 12 min nəfər həddini keçib.

ABŞ mediaları dünən gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 385 min 838 nəfərə çatıb. Onlardan 12 min 227 nəfər həyatını itiribdir.

Amerika hazırda bu xəstəliyə düçar olan ölkələrin önündə gedir. Bu ölkə COVID-19 tələfatı cəhətdən də İtaliya və İspaniyadan sonra üçüncü yerdə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri və tibbi təchizatlar çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı martın 24-də elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

Mənbə: Sahartv

Teqlər: abş ، COVID ، amerika
captcha