IQNA

Ayətullah Xamenei: "Bəşəriyyət xilaskara bu gün hər zamankından daha çox ehtiyaclıdır"

8:40 - April 10, 2020
Xəbər sayı: 3487050
Elm və ağıl indiyədək ədalətsizlik düyününü aça bilmədi və ədalətin həyata keçməsi ilahi qüdrətə ehtiyaclıdır və elə buna görə, vədə verilmiş xilaskarın böyük tapşırığı, yeri ədalətlə doldurmaqdır.

Ali Rəhbər Ayətullah Xamenei bu gün Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.c) mübarək mövludu günü münasibətilə canlı yayımla çıxış edib.  
Çıxışında Ali Rəhbər bəşər tarixində insanlar bugünkü qədər xilaskara möhtac olmadığını deyib.  
Bəşərin təccüb doğruacaq bu qədər elmi inkişafı ilə yanaşı özünü xoşbəxt hiss etmədiyini deyən Ali Rəhbər belə əlavə edib: “Bəşəriyyət yoxsulluq,  xəstəlik, fahişəlik,  günah,  ədalətsilzik, bərabərsizlik,  güclərin elmdən suistifadəsi və s. problemlərlə üz-üzədir. Müdriklik böyük nemətdir və dünyadakı bir çox problemi həll edə bilər, ancaq bəzi düyünlərin həlli bununla mümkün deyil. Bu qədər inkişaf və müxtəlif dəyişiklik bəşərə xoşbəxtlik verə bilməyib. Hazırda dünyada ədalətsizlik elm tərəfindən bəslənir, ədalətsizlik və müharibəyə xidmət edir.  Bunları həll etmək üçün ilahi bir güc, məsum imam lazımdır. Buna görə Həzrəti Bəqiyətullah Əzamın (ə) böyük vəzifəsi insanlığı ədalətə çağırmaqdır. Həzrət İmam Mehdinin ən böyük vəzifəsi ədaləti bərpa etməkdir. Bu Allahın qüdrətindən kənarda mümkün deyil. İmam Zaman tərəfindən qəbul edilən ədalət, bütün insani işlərdə qəbul edilən ədalətdir. Güc, sərvət, sağlamlıq, insan ləyaqəti, sosial status, mənəviyyat və böyümə ehtimalı... İnsanlar hamısı bu ehtiyacları hiss edir. Bütün dinlərdə böyük bir ilahi vədə və böyük hərəkat vədi verilmişdir. İnsanların həyatında müxtəlif problemlər yaranır və bu problemlər məyusluq yaratmamalıdır.  Ümidvar olmaq lazımdır.  Fərəci gözləmək insanı  ümidsizlikdən çıxarır və çarəsizlikdən nicat verir.”
Koronavirusu “modern vəba” adlandıran  Ali Rəhbər bu epidemiyanı hökumətlər və millətlər üçün sınaq olduğunu bildirib: 
“İran xalqı bu sınaqdan başıuca çıxdı.  Həkimlərin, tibb bacılarının və tibb işçilərinin koronavirusla mübarizədəki fədakarlığı təqdirəlayiqdir. Bunlarla yanaşı könüllü şəxslər, dini tələbələr, universitet tələbələri, bəsic qüvvələri koronavirsla mübarizəyə könüllü qoşuldular. Belə işlər insanı sevindirir.  Həmçinin Silahlı Qüvvələr elm və potensiallarını virusla mübarizəyə səfərbər etdi, mübarizə ilə yanaşı yeni nailiyyətlər və kəşflərə nail oldular.  Xalq özü də virusla mübarizədə çox maraqlı və təccüblü işlər gördü. Ehtiyaclılara yardım, icarə haqlarının alınmaması, imkansızlara ərzaq təminatı və s. bu kimi işləri nümunə göstərmək olar.” 
“Son illər bəziləri xalqı Qərb mədəniyyətinə tərəf yönəltməyə çalışırıdı, lakin sevindirici haldır ki,  xalqda  İslami mədəniyyətin kökü çox dərindir” - deyən Ayətullah Xamenei əlavə edib ki, koronavirus hadisəsində Qərb mədəniyyəti özünü açıq şəkildə göstərdi: “Qərb ölkələrində baş  verənlər onların mədəniyyətinin nə olduğunu göstərdi. Bir dövlət başqa ölkəyə məxsus maska və əlcəyi oğurladı, əhali mağazalara hücum çəkib məhsulları evlərində toplamağa çalışdı, bir neçə tualet kağızı üçün dava etdilər,  silah almaq üçün uzun növbələr yaratdırlar. Xəstələr arasında ayrıseçkilik saldılar, qoca xəstələri müalicə etmədilər, bəziləri koronavirusdan qorxduğu üçün intihara baş vurdu  və s. bu kimi davranışlarını dünya televiziyaları göstərdi. Əlbəttə, bu, Qərb mədəniyyəti fəlsəfəsinin təbii nəticəsidir. Özləri “vəhşi qərbin” canlanmasını görürlər. Amerikalı bir senator vəhşi qərbin canlandığını söyləyib. Bir zamanlar biz Qərbin “vəhşi ruhu olduğunu” deyəndə, bəziləri buna təəccüblənirdilər, indi isə özləri bunu etiraf edirlər.”
Koronavirusun  bəşər üçün böyük problem olduğunu deyən Ayətullah Xamenei, “lakin bu problem digər problemlərlə müqayisədə kiçik hesab olunur. İranın keçmişdə bundan heç də az olmayan çoxlu problemləri var idi. O cümlədən, 32 il öncə elə bu günlərdə Səddamın təyyarələri ölkəmizi kimyəvi bombalarla bomabladı, həm bizim xalqdan, həmə öz əhalisindən minlərlə insanın ölümünə səbəb oldu.  Bəzi Qərb ölkələri Səddama kimyəvi silahlar verdilər. Bu gün də onların heç biri məsuliyyətə cəlb olunmayıb. İkinci Dünya müharibəsi kimi böyük müharibələrdə milyonlarla insan həyatını itirib.  Vyetnamdakı müharibədə də belə oldu. Koronavirus məsələsi bizi düşmənin planlarından yayındırmasın.  Onların düşmənçiliyi İslam Respublikası prinsipi ilədir. Bəziləri düşünür ki, biz düşmənçilik etməsək, onlar da düşmənçilik etməzlər. Bu yalnış düşüncədir.”
Sonda Ayətullah Xamenei Ramazan ayında yoxsullara yardım haqqında danışıb: “Qarşıdan Ramazan ayı gəlir. Yaxşı olar ki, ölkədə yoxsullar və ehtiyaclılara yardım üçün genişmiqyaslı işlər həyata keçirilsin.  Əgər bu baş tutarsa, zehinlərdə xoş xatirələr yaradacaq. Cari ildə Ramazan ayında ümumi dua və ibadət tədbirlərindən məhrum qalacağıq, amma təklikdə ibadət və duanı unutmayaq. Biz xəlvətdə özümüz və ailəmizlə birlkidə buna diqqət ayıra bilərik”.
Qeyd edək ki, Ayətullah Xameneinin çıxışı radio və televiziya kanallarından, "İnstaqram" və "Tvitter" hesablarından müxtəlif dillərdə və canlı yayımlanıb. 

3890373

captcha