Məsud Barizani bu müsahibədə deyib: İŞİD-in İraqa hücumunun ilk günlərində və İraqın Kürdüstan bölgəsinə yaxınlaşdığı günlərdə şəhid Soleymani onunla əlaqə saxlayaraq, köməyə hazırlığını bildirən ilk şəxs idi.
Barizani sonra deyib: Bu təmasın sabahısı günü İran İslam Respublikası İraqın Kürdüstan bölgəsinə silah daşıyan iki təyyarə göndərdi.
General-leytenant pasdar Qasem Soleymani İraqın məsul şəxslərinin rəsmi dəvəti ilə bu ölkəyə səfər etmişdi.
Bir çox ölkə, təşkilat və qrup ABŞ-ın general Soleymaniyə qarşı terror hərəkətini pislədi.
General Soleymani Qərbi Asiya bölgəsində İŞİD daxil olmaqla təkfirçi və terrorçu qruplarla mübarizənin tanınmış simalarından idi.
Mənbə: Sahartv