IQNA

ABŞ İsraili qorumaq üçün İraqa raket sistemi yerləşdirib

10:53 - April 13, 2020
Xəbər sayı: 3487071
Tehran (IQNA) – Amerika son günlərdə İsraili hava hücumlarından qorumaq üçün İraqda raket müdafiə sistemi quraşdırmaqla məşğuldur.

Amerika son günlərdə İsraili hava hücumlarından qorumaq üçün İraqda raket müdafiə sistemi quraşdırmaqla məşğuldur.

Bu barədə İraqın hərbi məsələlər üzrə mütəxəssisi Səfa əl-Əsəm açıqlama verib.

O bildirib ki, Amerika İraqda olan hərbi bazaları və silahlı qüvvələri sionist rejimini İran İslam Respublikasının ehtimal edilən hücumlarından qorumaq və raketlərin İsrailə tərəf keçməsinin qarşısını almaq üçün Patriot müdafiə sistemini ölkəyə gətirib.

Səfa əl-Əsəm vurğulayıb: Amerika hazırda İraq, İran, Suriya və Livanın bir-biri ilə əlaqələrini kəsmək üçün ciddi cəhdlə çalışır. Və çalışır ki, İraqın Suriya istiqamətində bütün beynəlxalq çıxışlarını bağlasın.

O əlavə edib: Amerikanın İraq, Suriya və Yəməni dəstəklədiyi üçün İran İslam Respublikasına göstərdiyi təzyiqlər Fars Körfəzi ölkələrindəki müttəfiqlərini və İsraili qorumaq üçündür.

Qeyd edək ki, Amerika İraqın əl-Ənbar vilayətinin Eynul-Əsəd və İrbil şəhərinin əl-Hərir hərbi bazalarında Patriot raket müdafiə sistemi quraşdırıb. Bundan əlavə İraqın müxtəlif yerlərində "C-RAM" raket və top əleyhinə müdafiə sistemini yerləşdirib.  

3891228

Teqlər: Patriot ، C-RAM ، raket
captcha