IQNA

Vəhabi terroristlər koronavirusa görə məscidin bağlanmasına etiraz etdilər

12:01 - April 13, 2020
Xəbər sayı: 3487074
Tehran (IQNA) -  Suriyanın İdlib şəhərində koronavirusun qarşısının alınması layihəsi əsasında məscidlərin bağlanması vəhabi-sələfi terroristlərin etirazına səbəb olub.

"Enab-Baladi" informasiya portalının verdiyi xəbərə görə, təkfirçi vəhabi-sələfi terrorçular məscidlərdə Cümə və camaat namazlarının koronavirusa görə bağlanmasına etiraz ediblər.

Suriyanın şimalında yerləşən İdlib əyalətinin məscidlərində koronavirusun yayılmasının qarşsını almaq məqsədi ilə Cümə və camaat namazları iki həftə müddətində tətil edilib.

Suriyada yaşayan vəhabi-sələfi təkfirçi terroristlərin müftisi Əbu Yəqzan Misri bu məsələyə etiraz edərək deyib: Məsciddə fətva verilir və insanlar hidayət və irşad olunurlar. Məscidi heç bir dəlilə əsasən bağlamaq olmaz.  

Axmaq vəhabi toplumunun digər bir nümayəndəsi, terrorçu Cəbhətun-Nüsrə təşkilatının müftisi Camal Zeyniyyə bəyaniyyə yayaraq iddia edib ki, Cümə namazının tətil edilməsi haramdır və bu İlahi şəairə (dini atribut) hörmətsizlikdir.

3891158

captcha