Tehran (IQNA) - Əlcəzayirin "Eyn Temuşent" vilayətinin Dini İşlər və Fondlar İdarəsi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Qurani-Kərim tilavəti yarışlarının sosial şəbəkədə keçirilməsi təşəbbüsünü irəli sürüb.
Bu barədə Əlcəzayirin "əl-Məssa" qəzeti məlumat verərək yazıb: "Eyn Temuşent" vilayətinin Dini İşlər və Fondlar İdarəsi koronavirus pandemiyasının yayıldığı bir dövrdə Quran tilavəti yarışlarını "evdə qalaq və ailəmizi qoruyaq" şüarı ilə baş tutub.
Bu vitrual Qurani-Kərim yarışları ölkə vətəndaşlarının ev karantini günlərində həmkarlıq və həmrəyliklərini gücləndirmək üçün keçirilib.
Həmzə Ləavaric - "Eyn Temuşent" vilayətinin Dini İşlər və Fondlar İdarəsi rəisi, bu barədə deyib: Bu yarışdan hədəfimiz vətəndaşların evdə qalması, ailələri ilə birgə olmaları və koronavirusa birlikdə qalib gəlməkdir.