IQNA

 "Hollywood"un yeni anti-Din və anti-İran serialı - analiz

10:37 - April 14, 2020
Xəbər sayı: 3487082
Tehran (IQNA) - "Netflix"in 2020-ci ilin Yanvar ayında ekran etdiyi 10 hissəlik yeni anti-din, anti-İslam və anti-İran seriyalı "Messiah" (Məsih) adlanır.

Filmə baxanların zehni bu sualın sorağına gedir: Axir-Zamanın xilaskarı bu olacaqmı? Həqiqi Məsih budurmu, yoxsa, bu, Dəccaldır?!

Seriyalın dastanı Suriyadan başlayır. İŞİD Dəməşqi işğal etmək üzərədir. Elə həmin vaxt özünü Məsih (gözlənilən xilaskar və nicatverici) adlandıran bir cavan insanları özünə dəvət edir və onları İŞİD-in şərrindən qurtaracağını deyir.

Sonra qum tufanı başlayır və İŞİD-i geri qovur. Artıq ətrafına çoxlu tərəfdar toplamış bu cavan İsrail sərhədlərindədir. Yəhudilər onu İsrailə buraxmırlar və həbs edirlər. Qəfildən Məsih həbsxanadan yoxa çıxır. Sonra Əqsa məscidində görünür və insanları vəhdətə çağırır.

Bu keşməkeşdə o bəzi möcüzələr də göstərir: İsrail qüvvələri tərəfindən ölümcül yaralanmış cavanı dirildir. Gözlənilmədən Tegzasda görünən Məsih su üzərində yeriyir. Oğurlanaraq Amerikadan İsrailə göndərilən Məsih havadan partlayan təyyarədən sağ çıxır və iki yaxın dostunu dirildir.   

در حال تکمیل/// سریال «Messiah»، روایتگر مسیح دجال یا مسیح حقیقی؟

CİA onun barəsində araşdırmağa başlayır. İranla bağlı sənədlər ortaya çıxarılır – (əlbəttə Ərəb dilində və bədbəxt rejissor Ərəb dilinin Fars dilindən fərqli olduğunu da bilmir).

Bütün filmlərdəki kimi yüksək vəzifələri qaradərililər tutmuş olan Amerika sülh quşu rolunu oynayır, bəşəriyyətin xidmətindədir və bununlada dünyada əsil "Məsih"in məhz ABŞ olduğunu isbat etmək istəyir.

Buradan da filmin anti-Din, anti-İslam və anti-İran cizgiləri və siyasi xarekter daşıdığı daha çox üzə çıxır. Dəfələrlə "Dəccal" (yalançı Məsih) adı filmdə keçir. O, müsəlman və xristian mənbələrində "şeytani" bir obrazdır.

در حال تکمیل/// سریال «Messiah»، روایتگر مسیح دجال یا مسیح حقیقی؟

Quranın bəzi yerlərindən ustalıqla seçilmiş və serialda dəfələrlə tilavət edilən ayələr filmin anti-İslam tərəfini daha rəngli şəkildə üzə çıxarır.

Serialın anti-İran sekanslarından biri də Məsihin iranlı olması və qardaşının Amerika qüvvələri ilə söhbətində onun şəyyad və fırıldaqçı olmasına etiraf etməsidir.  

Seriyalın pazellərini tamalasaq bu əsərin sionizm məhsulu olduğu aşkar şəkildə ortaya çıxacaq.

Film çalışır ki, xristianlar və müsəlmanların gözlədiyi "xilaskar"ı "yalançı dəccal" kimi təqdim etsin. Halbuki məsihilərin və müsəlmanların gözlədiyi "xilaskar" Həzrət Məryəmin oğlu İsa Məsihdir (ə) ki, Dəccal ilə döyüşəcəklər. Əlbəttə müsəlmanların xilaskarın Həzrət Mehdi (ə.f) və İsanın (ə) onun köməkçisi olacağına inanırlar.

Dini mətnlərə görə Dəccal axir-zamanda çıxacaq, öz fövəladə gücündən istifadə edərək cahil insanları öz ətrafına toplayacaq. Bütün peyğəmbərlər Dəccal təhlükəsi barədə xəbər veriblər.

Xülasə, bu kimi filmlər həmişə istehsal edilib və yenə də ediləcək. Amma söz bundandır ki, biz bir müsəlman olaraq həqiqi xilaskarın tanıdılması üçün nə iş görmüşük?!            

3891257

captcha