IQNA

Orucun koronavirusa yoluxmaqda təsirli deyil

12:44 - April 16, 2020
Xəbər sayı: 3487091
Tehran (IQNA) -  Misrin Darul-Fətvası (Fətvalar Evi) sosial şəbəkə hesabında bəyaniyyə yayaraq oruc tutmağın koronavirusa yoluxmaqda təsirli olmadığını elan edib.

"əl-Yəvmus-Sabe" informasiya portalının verdiyi xəbərə görə, Misrin "Darul-Fətva"sı (Fətvalar Evi) bəyaniyyədə yazıb: Tibbi komitə ilə məşvərət edildikdən sonra məlum oldu ki, oruc insanların koronavirusa yoluxmasında təsirli amil deyil. Əksinə, oruc tutmaq viruslara qarşı, o cümlədən də koronavirusa qarşı insanın bədənin təhlükəsizliyini gücləndirir.   

Darul-Fətva vurğulayıb: Koronavirusa yoluxmuş xəstələrə xidmət edən həkimlərə oruc tutmağın zərəri olarsa, onlar oruc tutmaya bilərlər. Bu məsələ həkimlərin heyətinin rəyinə bağlıdır.

Bəyaniyyədə deyilir: Əgər həkimlər hər hansı bir xəstə üçün oruc tutmağın zərərli olduğunu deyərlərsə, onların rəyinə əməl etmək vacibdir. Çünki sağlamlığı qorumaq orucdan daha əhəmiyyətli və vacibdir.

3891913

Teqlər: fətva ، oruc ، koronavirus ، darul-fətva
captcha