IQNA

Tacikistan məscidləri də koronavirusa görə bağlandı

12:00 - April 18, 2020
Xəbər sayı: 3487101
Tehran (IQNA) -  Tacikistan respublikasının İslam Mərkəzinin Alimlər Şurası koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə məscidə getməyi və camaat namazı qılmağı qadağan etdi.

Tacikistan respublikasının İslam Mərkəzinin Alimlər Şurasının yaydığı bəyanatda deyilir: Ölkənin bütün şəhər, rayon, qəsəbə və kəndlərində camaat namazı, Cümə namazı və mübarək Ramazan ayında qılınacaq Təravih namazının qılınması və həmçinin məscidlərə toplaşmaq qadğandır.

Bəyaniyyədə deyilir: Koronavirusun yayılmasının qarşısını almaq hədəfi ilə İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanda da Cümə və camaat namazları müvəqqəti tətil edilib.

Buna ölkəmizdə də ehtiyac duyulduğu üçün bu məsələdə digər İslam ölkələrinin tərcüblərindən istifadə ediləcək.

Bu məqsədlə Aprel ayının 18-dən bütün ictimai dini ayinlərin kütləvi icrası müvəqqəti olaraq dayandırılsın.  

3892198

 

captcha